• Bakı 16° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

İranda sutka ərzində koronavirusdan ölənlərin ŞOK SAYI

DÜNYA

01 Oktyabr 2022 | 16:44

İranda sutka ərzində koronavirusdan ölənlərin ŞOK SAYI

İranda ötən sutka ərzində 538 nəfər koronavirusa (COVID-19) yoluxub, 3 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 144 429 nəfər, yoluxanların sayı isə 7,54 milyondan çoxdur. Virus daşıyıcılarından 148 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,32 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 54,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 155 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 31,2 milyon təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026