İranda zavodda partlayış baş verib.
Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, partlayış İranın Məşhəd şəhəri yaxınlığında Kalat sənaye şəhərciyində ərzaq məhsulları istehsalı müəssisəsində qeydə alınıb.
Partlayış nəticəsində 4 nəfər həlak olub.
Dağıntılar altında qalanların axtarışları davam edir.
















