• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“İrəvan üçün yollar getdikçə daralır” - Deputat

SİYASƏT

07 Aprel 2022 | 09:48 | Müəllif: Qalib İbrahimoğlu

“İrəvan üçün yollar getdikçə daralır” - Deputat

 “Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş başa çatıb. Görüşün təşkilinə vasitəçilik edən Avropa Şurasının Prezidenti Şarl Mişel mətbuat üçün açıqlama ilə çıxış edib. Görüş, eləcə də Prezident Mişelin açıqlaması bir sıra aspektlərdən diqqəti cəlb edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əvəlla, tərəflər sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan ediblər: “Qeyd edək ki, Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir. Sülh anlaşmasının işlənməsi və hazırlanması üçün hər iki ölkənin xarici işlər nazirlikləri fəaliyyətlər həyata keçirəcəklər”.

Deputat qeyd edib ki, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması və iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsinin davam etdirilməsi də razılaşdırılıb: “Üçüncü vacib məqamlardan biri də ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmir yolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu, Zəngəzur Dəhliznin reallaşması baxımından da vacib yanaşmadır. Qeyd etmək lazımdır ki, İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır” deyən Bayramov hesab edir ki, Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir etməsinə imkan verə bilərdi. Onun sözlərinə görə, İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qalıb.

V.Bayramov bildirib ki, dünən axşam jurnalistlərin suallarını cavablandıran Şarl Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesin məhz bu gecə başladığını deyib: “Artıq proses başlayıb. Təbii ki, yeni mərhələdə Ermənistanın öz öhdəliklərinə əməl etməsi vacibdir. Amma İrəvan üçün yollar getdikçə daralır. Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi Şanlı Zəfərdən sonra Ermənistan üçün ölkəmizin 5 bəndlik sülh təkliflərini qəbul etmək ən rasional seçim kimi görünür. Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudu. “Qarabağ münaqişəsi” sözünün bir dəfə də işlədilmədiyi Avropa Şurasının son bəyanatı da artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR