• Bakı 23° C

    5.38 m/s

İrəvanda Rusiya bayrağı söküldü 

DÜNYA

18 Iyun 2024 | 19:20 | Müəllif: Gülşən Şərif

İrəvanda Rusiya bayrağı söküldü

Ermənistanın paytaxtı İrəvanda yerləşən Qələbə parkındakı Şöhrət Xiyabanında respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədə Rusiyanın bayrağını cırıb, gerbini sındırıblar.

 Bakıvaxtı.az xəbər verir ki, paytaxt meriyasından bildirilib ki, onlar baş verənlərə görə məsuliyyət daşımır və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır.

Şəhər rəhbərliyi hadisəni aydınlaşdıracağını bildirib.

“İravunk” qəzetinin yazdığına görə, Rusiya Federasiyasının dövlət bayrağını bir qrup rusofob cırıb. Lakin hələ bunu törədənlərin kimliyi bilinmir və baş verənlərə görə heç kim məsuliyyət daşımır. Qəzet onu da qeyd edib ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hal deyil. (modern.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026