• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi

CƏMİYYƏT

25 Oktyabr 2022 | 12:31

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə seçki keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, AMEA-nın Ümumi yığıncağında Nizamnaməyə uyğun olaraq Seçki Komissiyası yaradılıb və səsvermə olub.

AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibəylinin namizədliyi təsdiqlənib.

Qeyd edək ki, İ.Həbibəyli bu vəzifəyə tək namizəd olub.

Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb.

Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub.

Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib.

Qeyd edək ki, bu ilin fevralında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istafa verdikdən sonra AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026