İsraili yenidən etiraz aksiyaları bürüyüb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun məhkəmə islahatları ilə bağlı layihəni ən azı yaya qədər təxirə salmasına baxmayaraq, Təl-Əvivdə yenidən kütləvi etiraz aksiyaları keçirilib.
Son nümayişlərdə ABŞ bayraqlarının olması diqqət çəkib. Birləşmiş Ştatların prezidenti Co Baydenin hökumətin məhkəmə tənzimləməsindən çox narahat olduğunu və İsrailin bu yola davam edə bilməyəcəyini deməsindən sonra, ABŞ bayrağı daşıyan çoxlu sayda nümayişçi diqqət çəkib.
Yerli polis aksiyaları yatırtmaq üçün su şırnaqlarından istifadə edib.
Nuranə
















