İsrail ordusu işğal altındakı İordan çayının Qərb Sahilindəki El-Xəlil şəhərinin cənubunda yerləşən Dura qəsəbəsinə basqın edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, əsgərlər qəsəbənin girişində fələstinlilərə atəş açıb və kütləyə qarşı qaz bombası tətbiq edib.
Basqın zamanı İsrail ordusu qəsəbə mərkəzinə doğru irəliləyərək toplanış yerlərinə bir neçə qaz bombası atıb.
Xatırladaq ki, İsrail 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına hərbi əməliyyatlar başladıqdan sonra Qərb Sahili və Şərqi Qüdsdə də fələstinlilərə qarşı hücumlar və basqınlar intensivləşib. Son iki ayda bu bölgələrdə 167-si uşaq olmaqla 835 fələstinli həyatını itirib.
Əli Hüseynov