• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrail HƏMAS-ın hərbi infrastrukturuna zərbələr endirdi - VİDEO

DÜNYA

07 Oktyabr 2023 | 16:48 | Müəllif: Subhan Mahmudov

İsrail HƏMAS-ın hərbi infrastrukturuna zərbələr endirdi - VİDEO

İsrail ordusu HƏMAS-ın 17 hərbi infrastrukturuna və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilib ki, İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında yerləşən hədəfləri vurub: "Son bir neçə saat ərzində onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 17 hərbi hədəfə və 4 əməliyyat idarəetmə mərkəzinə zərbələr endirib".

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə raket zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu "Dəmir qılınclar" əməliyyatına başladığını elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026