İsrail ordusu Livanın paytaxtı Beyruta raket zərbələri endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
"İsrail müdafiə ordusu Beyruta yüksək dəqiqlikli raketlərlə zərbələr endirib", - məlumatda qeyd olunub.
Məlumata görə, zərbələr nəticəsində Hizbullahın xüsusi əməliyyatlarına rəhbərlik edən İbrahim Aqil adlı lideri öldürülüb.
İsrail mətbuatının məlumatına görə, İbrahim Aqil Hizbullahın 3-cü şəxsi hesab olunurdu.
ABŞ hökuməti onun başına 7 milyon dollar mükafat təyin etmişdi.
***
17:34
İsrail ordusunun Beyruta endirdiyi aviazərbə nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın müavini Naim Qassemin hədəf alındığı bildirilir.
Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, aviazərbə "Hizbullahın qalası" kimi tanınan Dahiyə bölgəsinə endirilib.
İsrail qüvvələrinin hücumu F-35-lərlə həyata keçirdiyi qeyd olunub.
***
17:00
İsrail ordusu Beyruta zərbə endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.