• Bakı 10° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İsrail Qəzzada məktəbə hava zərbələri endirdi

DÜNYA

01 Oktyabr 2024 | 11:22

İsrail Qəzzada məktəbə hava zərbələri endirdi

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbinə hava zərbələri endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail kəşfiyyatı bu məktəbdə HƏMAS yaraqlılarının fəaliyyət göstərdiyini müəyyən edib.

"İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalındakı Qəzza şəhərində komanda-nəzarət mərkəzində fəaliyyət göstərən HƏMAS terrorçularına dəqiq zərbə endirib. Komanda-nəzarət mərkəzi əvvəllər UNRWA-nın “Şücayyə” məktəbinin olduğu binada yerləşib", - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR