• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gürcüstan prokurorluğu ölkə prezidentini dindirməyə çağırıb

DÜNYA

31 Oktyabr 2024 | 11:09 | Müəllif: Gülşən Şərif

Gürcüstan prokurorluğu ölkə prezidentini dindirməyə çağırıb

Gürcüstan prokurorluğu ölkə prezidenti Salome Zurabişvilini dindirilmək üçün çağırıb. 

Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu bəyanat yayıb.

Bildirilib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sorğusu əsasında prokurorluq parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı araşdırmaya başlayıb.

"Mərkəzi Seçki Komissiyasının bəyanatına və KİV vasitəsilə ictimai məkanda yayılan məlumatlara görə, Gürcüstan Prezidenti S.Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar var. Ona görə də qanuna əsasən, prezident bu il oktyabrın 31-də istintaq şöbəsinə dindirilmək üçün çağırılıb", - prokurorluğun bəyanatında vurğulanıb.

Qeyd edək ki, oktyabrın 27-də Gürcüstan prezidenti parlament seçkilərinin nəticələrinin total saxtalaşdırıldığını bəyan edib. Onun sözlərinə görə, prezident və müxalifət nəticələrin saxtalaşdırılması ilə barışmaq niyyətində deyil. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026