• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Fastfudla qidalanan məktəbli görmə qabiliyyətini itirdi

DÜNYA

31 Oktyabr 2024 | 09:45

Fastfudla qidalanan məktəbli görmə qabiliyyətini itirdi

ABŞ-də məktəbli ancaq fastfudla qidalandığı üçün kor olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verib.

Belə ki, Massaçusets ştatından 12 yaşlı uşaq uzun müddət həyati əhəmiyyətli qida maddələrindən məhrum olduğu üçün görmə qabiliyyətini itirib.

Uşağın valideynləri bildiriblər ki, övladları autizmdən əziyyət çəkdiyindən müxtəlif teksturlu yeməklərdən qorxub, ona görə də uşaq ancaq burger, kartof qızartması, dönər və şirə içə bilib. Beləliklə, bir müddətdən sonra uşaq kor olub.

Həkimlər uşağın orqanizmində A, C və D vitaminlərinin, həmçinin mis və sinkin ciddi çatışmazlığını aşkar ediblər.Oxu.Az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026