q
  • Bakı 21° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

İsrail səfiri Aqarunovun məzarında

CƏMİYYƏT

08 May 2026 | 09:45

İsrail səfiri Aqarunovun məzarında

İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail səfirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.

Səfiri missiya rəhbərinin müavini Aviv Zell müşayiət edib. Onlar A.Aqarunovun məzarı önünə gül dəstələri qoyublar.

“Albert Aqarunovun cəsarəti, Azərbaycana sədaqəti və vətənin müdafiəsi uğrunda etdiyi ən ali fədakarlıq dərin ehtiramla xatırlanır və böyük hörmətlə anılır. Onun həyatı və qəhrəmanlığı cəsarətin, sədaqətin və vətənə bağlılığın nümunəsi olaraq qalır. Xatirəsi daim əziz tutulsun. Allah rəhmət eləsin”, - paylaşımda deyilir.

Qeyd edək ki, Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.


SON XƏBƏRLƏR

07 May 2026