• Bakı 18° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

İsrail və HƏMAS arasında danışıqlar BAŞLADI - YENİLƏNİB

DÜNYA

06 Oktyabr 2025 | 20:15

İsrail və HƏMAS arasında danışıqlar BAŞLADI - YENİLƏNİB

Misirdə ABŞ-nin vasitəçiliyi ilə Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında danışıqlar başlayıb.

Bu barədə Bakıvaxtı.az "Əl-Cəzirə"yə istinadən xəbər verir.

HƏMAS cümə günü ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Qəzza üzrə sülh planına cavabını təqdim edib. Qeyd olunası məqam odur ki, fələstinli qruplaşma Qəzza administrasiyasını bir qrup texnokratlara təhvil verməyə və fələstinli məhbusların qarşılığında bütün israilli məhbusları azad etməyə razılaşıb.

ABŞ Prezidenti bu cavabı alqışlayıb və İsraili bombardmanı dərhal dayandırmağa çağırıb. Bununla belə, agentliyin məlumatına görə, HƏMAS-ın cavabından sonra 72 saat ərzində İsrailin hücumları nəticəsində Qəzzada azı 130 fələstinli həlak olub.

 

***19:34

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS nümayəndələri arasında atəşkəsin əldə olunması ilə danışıqlar start götürüb.

Bakıvaxtı.az “Bild” nəşrinə istinadən xəbər verir ki, danışıqlarda girovların azad edilməsi məsələsi də müzakirə olunacaq

Nəşrin mənbələri danışıqları yekun mərhələ kimi qiymətləndirib. Görüşlər ABŞ və Misirin vasitəçiliyi ilə tərəflərin birbaşa təmas qurmadığı formatda keçirilir.

Xatırladaq ki, ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın göstərişi ilə Misirə ezam edilən xüsusi nümayəndə Stiv Uitkoff rəhbərlik edir.


SON XƏBƏRLƏR