• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Netanyahu hökumət qurmaqda çətinlik çəkir

DÜNYA

22 Noyabr 2022 | 17:21

Netanyahu hökumət qurmaqda çətinlik çəkir

İsraildə yenidən seçilən Benyamin Netanyahu hökumət qurmaqda çətinlik çəkir.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, Netanyahunun birlikdə seçildiyi ifrat sağçı tərəfdaşları Bezalel Smotrichin Müdafiə Nazirliyində, İtamar Ben-Qvirin şəhərətrafı ərazilərin, Negev səhrasının və Qalileyanın İnkişaf Nazirliyinə təkid etməsi hökumət qurmaq səylərini əngəlləyir.

Netanyahu 13 noyabrda İsrail prezidenti İsaak Hersoq tərəfindən hökuməti formalaşdırmaq tapşırığı verildiyi vaxtdan bəri Müdafiə Nazirliyinə müraciət edən ifrat sağçı Smotriç məsələsini həll etməyə çalışır. Partiyası Likud da daxil olmaqla həm yerli, həm də xaricdən gələn təzyiqlər nəticəsində çıxılmaz vəziyyətə düşən Netanyahu Müdafiə Nazirliyini Smotriçə verməkdən imtina edib.

Dünən Likud ilə davam edən danışıqlarda Smotrich, daha geniş səlahiyyətlərə malik maliyyə naziri vəzifəsi müqabilində Müdafiə Departamenti ilə bağlı müraciətindən imtina edəcəyini açıqlayıb. Bu çərçivədə Smotriç işğal altındakı İordan çayının qərb sahilindəki məskunlaşan yəhudilərin mülki işlərini idarə etmə səlahiyyətinin Maliyyə Nazirliyinə verilməsini istəyib.

ABŞ Administrasiyası isə İsrailin İordan çayının qərb sahilində beynəlxalq hüquqa zidd olan məskunlaşmalara qarşı olduğunu izah edir.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026