• Bakı 12° C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

İşsizlikdən sığorta fondunun büdcəsi qəbul edilib

CƏMİYYƏT

02 Dekabr 2025 | 16:04

İşsizlikdən sığorta fondunun büdcəsi qəbul edilib

Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirədə qeyd edilib ki, 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (2025-ci illə müqayisədə 2,2 % çox) olması proqnozlaşdırılır.

Sənədə əsasən, xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 % çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 % az) hesabına qarşılanması nəzərdə tutulur.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.


SON XƏBƏRLƏR