Ukraynada dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında saxlanılan Ali Radanın deputatı Aleksandr Dubinski parlamentin maliyyə və vergi siyasəti komitəsinin sədr müavini vəzifəsindən uzaqlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, 16 parlamentari çıxış edərək Dubinskinin istefasını dəstəkləyib və qərar yekdilliklə qəbul edilib.
Dubinski buna cavab olaraq "Telegram" kanalında yazıb: “Mən məmnuniyyətlə kənarda dayanıb bu gözəl insanların gələcəyini izləyəcəm”.