• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsveç bu tarixdə NATO-ya üzv ola bilər

DÜNYA

01 Sentyabr 2023 | 17:20

İsveç bu tarixdə NATO-ya üzv ola bilər

ABŞ İsveçin oktyabr ayında NATO-ya üzv olacağını gözləyir.

Bakıvaxtı.az SVT telekanalına istinadən xəbər verir ki, bu barədə İsveçdə səfərdə olan ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri konqresmen Maykl MakKaul İsveç xarici işlər naziri Tobias Billströmlə keçirdiyi mətbuat brifinqində deyib.

O bildirib ki, ABŞ İsveçin NATO-ya üzv olmasını səbirsizliklə gözləyir.

"ABŞ İsveçin Türkiyə tərəfindən ratifikasiyasının oktyabrda baş verəcəyini gözləyir. Mən onların (Türkiyə -red.) bu məsələdə geri çəkiləcəklərinə dair heç bir işarə görmürəm", o deyib.

İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edəcəyi təqdirdə Türkiyənin ABŞ-ın F-16 təyyarələrini ala bilib-bilməyəcəyi ilə bağlı suala cavab olaraq MakKaul deyib ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünə icazə vermədiyi müddətcə F-16-ların satışı aktual deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026