İsveç NATO-ya daxil olmaq məsələsində Türkiyə ilə danışıqları davam etdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Manqdalena Andersson TT xəbər agentliyinə müsahibəsində bildirib.
İsveç və Finlandiya nümayəndə heyətlərinin Ankaraya səfərini şərh edən Baş nazir danışıqların gözlənilən səviyyədə olmadığını deyib. “Təəssüf ki, danışıqlar gözlənildiyi kimi olmadı”, - Andersson bildirib.
Onun sözlərinə görə, Stokholm Türkiyə ilə müxtəlif səviyyələrdə danışıqları davam etdirəcək. "Bu, dialoqun davam etdirilməsi ilə bağlıdır", - o deyib.
Baş nazirin Ankaraya səfərinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı sualı cavablandıran Andersson deyib ki, Stokholm bu prosesdə düzgün hesab etdiyi hər şeyi edəcək.
















