• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İtaliya Qəzzaya üzən xəstəxana göndərəcək

DÜNYA

08 Noyabr 2023 | 19:07 | Müəllif: Subhan Mahmudov

İtaliya Qəzzaya üzən xəstəxana göndərəcək

İtaliya Qəzza zolağının sahillərinə üzən xəstəxana göndərəcək.

Bakıvaxtı.azxəbər verir ki, bunu Müdafiə Nazirliyinin rəhbəri Qido Krosetto Romada keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün xəstəxana ilə təchiz edilmiş “Vulkan” gəmisi yola düşəcək, biz onu müharibədən zərər çəkmiş bölgələrə göndərmək istəyirik”, o qeyd edib.

Nazirin sözlərinə görə, gəminin göyərtəsində tibbi ləvazimatlar, əməliyyat otaqları və diaqnostika avadanlıqları var. Krosetto əlavə edib ki, Müdafiə Nazirliyinin rəhbərliyi səhra xəstəxanasının yerləşdirilməsi üzərində işləyir.

Bundan əvvəl İtaliya Qəzza zolağının əhalisi üçün humanitar yardım üçün Misirə iki hərbi nəqliyyat təyyarəsi göndərib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR