İtaliyanın ən böyük həmkarlar ittifaqı olan Ümumi Biznes Konfederasiyası (CGIL), hökumət və Avropa İttifaqına (Aİ) səslərini eşitdirmək üçün yürüş və mitinq keçirilib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın paytaxtı Romanın ən gur meydanlarından biri olan "Repubblica"dan başlayan yürüşdə “İtaliya, Avropa, fəhlələrə qulaq as” şüarları səsləndirilib, antifaşist pankart qaldırılıb.
Digər tərəfdən, Fransada neft emalı zavodu işçilərinin tətili səbəbindən yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. "TotalEnergies" neft emalı zavodlarında işə qəbulun dayandırılması və maaşların artırılması tələbi ilə başlayan tətil "ExxonMobil" işçilərinin iştirakı ilə genişlənib.
Tətillə əlaqədar ölkədə yanacaq qıtlığı yaranıb. Stansiyanın qarşısında avtomobillərin uzun növbələri yaranıb.
Nuranə Daxilqızı
















