• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İtaliyada qaraçılar tanınmış idmançını soydular

DÜNYA

18 Mart 2024 | 20:42 | Müəllif: Subhan Mahmudov

İtaliyada qaraçılar tanınmış idmançını soydular

Rusiyalı yüngül atlet, 2004-cü il Olimpiya Oyunlarının gümüş mükafatçısı, Dünya və Avropa çempionu Olesya Krasnomovetsin sənədləri və pulları olan çanta oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə idmançı özü sosial şəbəkədə bildirib. 

İtaliyanın Roma şəhərində olan tanınmış idmançı qaraçılar tərəfindən qarətə məruz qalıb. 

"Əsəblərim tarıma çəkilib. Bir dəqiqə belə burada olmaq istəmirəm. Evə getməyi çox istəyirəm. Bu sadəcə kabusdur. Güclə dayanmışam", - Krasnomovets instaqram səhifəsində qeyd edib. 

İdmançı qeyd edib ki, o, oğurlanan çantasının yerini qulaqcıqlar sayəsində müəyyən edib. Oğurlanan əşyaları qaytarmaqdan imtina edən bir qrup qaraçı olduğu üzə çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026