• Bakı 25° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8768

    RUB - 0.0188

İtaliyanın baş naziri: "İsrail girovlarının azad edilməsi..."

DÜNYA

14 Avqust 2024 | 15:12

İtaliyanın baş naziri: İsrail girovlarının azad edilməsi...

"BMT-nin Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) yerləşdiyi İsrail-Livan sərhədində gərginliyin azaldılması vacibdir".

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı İtaliyanın baş naziri Giorgia Meloni deyib.

O, avqustun 15-də keçiriləcək danışıqların növbəti raundunda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, Qəzzada davamlı atəşkəs və girovların azad edilməsi üçün razılığın əldə olunacağına ümid etdiyini bildirib.

"İtaliya bütün dövlətləri İsrail girovlarının azad edilməsi ilə Qəzzada atəşkəsə nail olmaq üzərində işləməyə təşviq edir. Biz sülhü təmin etməkdə qərarlıyıq", - deyə Meloni qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR