• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İtkin düşən 18 yaşlı hamilə gəlin tapıldı

CƏMİYYƏT

11 Oktyabr 2022 | 10:51

İtkin düşən 18 yaşlı hamilə gəlin tapıldı

Lənkəranda bir müddət öncə itgin düşən 18 yaşlı gəlin tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Məlumata görə, Lənkəran polisinin keçirdiyi təxirəsalınmaz tədbirləri nəticəsində Lamiyə Valeh qızı Məmmədova ölkə ərazisindən tapılaraq ötən gecə ailəsinə təhvil verilib.

Qeyd edək ki, Lənkəran rayonunun Velədi kənd sakini, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova 20 gün öncə evdən çıxaraq, geri qayıtmayıb. L. Məmmədovanın hamilə olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026