• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İtkin düşən hərbçimizin atası vəfat etdi

HADİSƏ

15 Avqust 2023 | 20:09

İtkin düşən hərbçimizin atası vəfat etdi

44 günlük Vətən müharibəsində itkin düşən və bügünədək tapılmayan Asim Mehdiyevin atası Yaqub Mehdiyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Xatırladaq ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan MAXE Asim Mehdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Asim Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026