Türkiyədə polis bölməsinə silahlı hücum edən 16 yaşlı oğlan reanimasiyadadır.
Bakıvaxtı.az, yerli medianın məlumatına görə, bu gün səhər saatlarında 2 polisin şəhid olduğu, 6 nəfərin yaralandığı silahlı hücumu törədən şəxsin ölüm xəbəri təkzib edilib.
***
13:08
Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum edən şəxs zərərzisləşdirilib.
Bakıvaxtı.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, yaralı olaraq ələ keçirilən şəxs xəstəxanada ölüb.
***
11:48
İzmirdə polis məntəqəsinə silahlı hücum edən şəxs saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat paylaşıb.
Nazir bildirib ki, İzmirdə 2 polisin şəhid olduğu, 2 polisin yaralandığı silahlı hücumun şübhəlisi E.B. (16 yaş) tutulub.
***
11:28
Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində iki polis həlak olub, biri yaralanıb.
Hücum edən şəxsin 16 yaşında olduğu deyilir.
***
10:59
İzmirdə polis idarəsinə silahlı hücum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində iki polis həlak olub, biri yaralanıb.
Hücum edən şəxsin 16 yaşında olduğu deyilir.
Bakı 






