• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Kaan" Türkiyə ordusunun arsnealında nə vaxt olacaq?

SİYASƏT

22 Fevral 2024 | 16:40

"Kaan" Türkiyə ordusunun arsnealında nə vaxt olacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kaan" qırıcı təyyarəsinin Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacağı tarixi açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Dənizlidə çıxışı zamanı deyib.

Prezident bildirib ki, Türkiyə milli müdafiəsi bu gün bütün dünyada öz sözünü deyir: “Kaan” döyüş təyyarəmiz də artıq havaya qalxıb. “Kaan” ilk uçuşunu həyata keçirib. Döyüş təyyarəsi 2028-ci ildə Silahlı Qüvvələrimizin inventarına daxil olacaq. Türkiyə dünyada öz döyüş gəmisini istehsal edən on ölkədən biridir".

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-22 və F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.

Xatırladaq ki, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Həmçinin, Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026