• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Kabildə partlayış - Ölənlər və xəsarət alanlar var

DÜNYA

16 Yanvar 2022 | 12:32

Kabildə partlayış - Ölənlər və xəsarət alanlar var

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Bakıvaxtı.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Hadisə nəticəsində iki uşaq ölüb.

Bir neçə mülki şəxsin yaralandığı deyilir.

Qeyd edək ki, bu, 2022-ci il başlayandan Kabildə 3-cü partlayışdır. Yeni ilin ilk günü Kabildə Pedaqoji Universitetin yaxınlığında törədilən partlayış nəticəsində iki nəfər yaralanıb. 

Yanvarın 12-də isə naməlum şəxslər polis avtomobilinə əldəqayırma partlayıcı atıblar. Partlayış nəticəsində “Taliban” hökumətinin təhlükəsizlik xidmətinin 2 əməkdaşı yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026