• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kadırovdan gözlənilməz: Priqojini təriflədi

DÜNYA

11 Iyun 2023 | 23:20 | Müəllif: Subhan Mahmudov

Kadırovdan gözlənilməz: Priqojini təriflədi

Çeçenistan rəhbəri Ramzan Kadırov "Vaqner"in yaradıcısı Yevgeni Priqojini Rusiya ordusunun döyüşçülərini dəstəklədiyinə görə tərifləyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

Kadırov Priqojinin Rusiya ordusunun döyüşçülərini Zaporojye istiqamətində uğurları münasibətilə təbrik etdiyi bəyanatını məmnunluqla oxuduğunu qeyd edib.

O vurğulayıb ki, Zaporojye istiqamətində 6 mindən çox çeçen döyüşçü var:

"Biz hamımız öz ambisiyalarımızı tərk etməli, Ali Baş Komandanımız Vladimir Putinin ətrafında birləşməli, ümumi məqsədlər üçün çalışmalıyıq və əsgərlərimizi hər cür dəstəkləməliyik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR