• Bakı 10° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb

İQTİSADİYYAT

29 Aprel 2025 | 22:10

Kahramanmaraşda Azərbaycan məhəlləsindəki evlərin inşası yekunlaşıb

Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi"nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşıb.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumarına görə, müasir memarlıq üslubunda inşa edilən evlər günəş panelləri ilə təchiz olunub.

Dörd kvartalda yerləşən 26 yaşayış binası qarşıdakı günlərdə sahiblərinə təhvil veriləcək. Bu binalarda ümumilikdə 456 mənzil, 328qeyri-yaşayış obyekti inşa edilib.

Yeni yaşayış massivi təkcə evlərdən ibarət deyil. Ərazidə müxtəlif ticarət və sosial obyektlər, parklar, istirahət yerləri, uşaq meydançaları da var.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.


SON XƏBƏRLƏR

29 Aprel 2025