• Bakı 10° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Azərbaycanın İsraillə yaxın münasibətlər İrana qarşı deyil: Pezeşkiandan sonra Netanyahunun səfəri nə vəd edir?

SİYASƏT

29 Aprel 2025 | 14:30

Azərbaycanın İsraillə yaxın münasibətlər İrana qarşı deyil: Pezeşkiandan sonra Netanyahunun səfəri nə vəd edir?

Məlum olduğu kimi, İsrailin Baş naziri Benyamin Netanyahu mayın 8-də Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Səfər çərçivəsində Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcək. Qeyd edək ki, Benyamin Netanyahunun səfəri Bakıda yüksək səviyyəli İsrail-Türkiyə nümayəndə heyətləri arasında keçirilən danışıqlardan və İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonraya təsadüf edir.

Siyasi şərhçi Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, İran prezidenti Məsud Pezeşkiandan qısa müddət sonra İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər edəcəyi xəbəri təsadüfi deyil.

Ekspert vurğulayıb ki, Azərbaycan-İsrail arasında yaxın əlaqələr, ikili əməkdaşlıq hamıya bəllidir:

"Amma İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gəlişində sadəcə ikitərəfli məsələlərin müzakirəsi olmayacaq. Liderlərin müzakirələrində regional məsələlərin olacağı da qaçılmazdır”.

Müsahibimiz vurğulayıb ki, İran tərəfi hər zaman Azərbaycanın İsraillə münasibətlərinə qısqanclıqla yanaşıb. İsrail-Azərbaycan münasibətlərini özünə qarşı təhdid kimi görüb:

“Lakin Azərbaycan tərəfi rəsmi olaraq ən yüksək səviyyədə dəfələrlə bildirib ki, İsraillə yaxın münasibətlər heç də İrana qarşı deyil. Əlbəttə, burada geosiyasi və geostrateji mübarizənin getdiyini də görürük”.

Samir Hümbətov: Netahyahunun Azərbaycana səfəri regional məsələlərin həllində mühüm rol oynaya bilər

Onun sözlərinə görə, yaxın dönəmdə İran və İsrail münasibətlərinin normallaşacağı gözlənilmir. Çünki söhbət sadəcə Cənubi Qafqazla bağlı deyil. Yaxın Şərq regionunda baş verənlər bu iki dövlətin qarşıdurmasında mühüm rol oynayır.

Samir Hümbətov hesab edir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun İran rəhbəri Məsud Pezeşkiandan sonra Azərbaycana səfəri regional məsələlərin həllində mühüm rol oynaya bilər:

“Nəzərə alaq ki, qlobal oyun içərisində Cənubi Qafqaz bölgəsi olduqca önəmlidir".

Aydın Baxış


SON XƏBƏRLƏR