Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovanın və yetirmələrinin Üzeyir Hacşbəylinin anadan olmasının 140 illiyi münasibətilə təxirə salınan konsertinin vaxtı müəyyən olunub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, konsert noyabrın 21-də olacaq.
Aybəniz Haşımova saytəməz bildirib ki, konsert həmin gün saat 19.00-da Şəhriyar adına Mədəniyyət Sarayında keçiriləcək.
Qeyd edək ki, haqqında bəhs edilən konsert bundan əvvəl iki dəfə - birinci dəfə hava şəraiti ilə, ikinci dəfə Əməkdar artist Cabir İmanovun dünyasını dəyişməsi səbəbilə - təxirə salınıb.
Nərgiz Məmmədli
 Bakı 


