• Bakı 15° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

SOCAR-dan "Ai-92" və "Ai-95" markalı benzinlərlə bağlı AÇIQLAMA

CƏMİYYƏT

04 Noyabr 2025 | 12:06

SOCAR-dan Ai-92 və Ai-95 markalı benzinlərlə bağlı AÇIQLAMA

2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-92" və "Ai-95" markalı benzin istehsalı davam etdiriləcək.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bəzi media resurslarında gələn ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-95" markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirilərkən bildirilib.

Məlumatda deyilir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına ("Avro-5") uyğun "Ai-92" və "Ai-95" markalı benzin istehsalı həyata keçirilir.

Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.


SON XƏBƏRLƏR

03 Noyabr 2025