• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

“Ürəyimin ağrısından özümə gələ bilmirəm” - “Bank of Baku”dan müştəriyə HÖRMƏTSİZLİK

CƏMİYYƏT

29 Aprel 2025 | 17:28

“Ürəyimin ağrısından özümə gələ bilmirəm” - “Bank of Baku”dan müştəriyə HÖRMƏTSİZLİK

Bank sektorundan vətəndaş şikayətləri davam etməkdədir.

Bakıvaxtı.az xəbər verir ki, növbəti narazılıq “Bank of Baku”nun Bakıxanov filialı ilə bağlıdır.

Vətəndaş sosial şəbəkədə bankın müştəri xidmətindən və əməkdaşların davranış tərzindən narazılığını ifadə edib.

O, başına gələn hadisəni belə izah edib:

“Evimizə yaxın olduğu üçün “Bank of Baku”nun Bolkart debet kartıma pul köçürmüşdüm. Lakin 24 aprel tarixində məlum oldu ki, bankın sistemində problem var və kartda olan limiti açmaq olmur. Dələduzluğa görə kartı limitə qoymuşdum. Banka yazaraq bildirdim ki, bütün pulum, yemək puluma kimi ordadır. Bildirildi ki, əgər sistem düzəlməzsə, 1-ci gün kassaya yaxınlaşım və pul oradan verilsin.

Bu gün banka getdim. Kassadakı xanım nə desə yaxşıdı? Ərizə yazılacaq, iş gedəcək araşdırılmaya, cavab gələndə pul veriləcək. Dedim: “Öz pulum üçün mən nə qədər gözləməliyəm?” Qayıdıb deyəsən ki, “pulu cibimdən verməliyəm?” Sən bunun müştəri ilə danışığına bax. Mən də gördüm xoş dillə başa düşmürlər, səsimi qaldırdım. Qışqır-bağırdan sonra güclə ərizə yazdırıb pulu verdilər. Amma heç dələduz karta girib pulu oğurlayanda bu qədər ciddi olmurlar nəzarətdə. Hələ bu yazdığım çox qısa bir hissə idi.

Mənə dərs olsun. Sizə də çox-çox ayıb olsun”.

Müştəri bankda üzləşdiyi hörmətsizlikdən əsəbləşdiyini və ürəyinin ağrıdlığını qeyd edib:

“Ürəyimin ağrısından özümə gələ bilmirəm”.

 “Bank of Baku”dan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ artıq müvafiq əməkdaşlara yönləndirilib və hazırda araşdırma aparılır.

Mina Mikayılova


SON XƏBƏRLƏR