• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

AQTA heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər keçirir

CƏMİYYƏT

29 Aprel 2025 | 17:30

AQTA heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər keçirir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iyunun 6-7-də qeyd olunacaq Qurban bayramı münasibətilə ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər keçirir.

Bu barədə Bakıvaxtı.az-a Agentlikdən məlumat verilib.

Monitorinqlərin nəticələrinə uyğun olaraq, qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyin saytında (afsa.gov.az) yerləşdiriləcək və siyahı ictimaiyyətə açıqlanacaq.

Agentlik vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri heyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırıb:

"Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir".

Məlumatda o da qeyd olunub ki, bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı halları ilə rastlaşdıqda, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, eləcə də Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.


SON XƏBƏRLƏR