• Bakı 10° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Ömrü qısaldan qidalar- Mütəxəssislərdən xəbərdarlıq

CƏMİYYƏT

29 Aprel 2025 | 12:14

Ömrü qısaldan qidalar- Mütəxəssislərdən xəbərdarlıq

Sağlam həyat tərzinin əsas şərtlərindən biri düzgün və balanslı qidalanmadır. Lakin müasir dövrdə gündəlik qida rasionumuza daxil olan bəzi məhsullar, dadlı görünməsinə baxmayaraq, insan orqanizminə ciddi zərər vurur və ömrü qısalda bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu qidalar sağlamlığa təhlükə yaradır və onlardan uzaq durmaq lazımdır.

Mütəxəssislərin sözlərinə görə, çin duzu (elmi adı ilə monosodyum qlutamat) xüsusilə bulyon, cips və hazır çorba kimi məhsullarda geniş istifadə olunur. Dad artırıcı təsiri ilə tanınan bu kimyəvi maddə insan orqanizmində obezite və xərçəng riskini artırır. Həkimlər bu maddənin uzunmüddətli istifadəsinin sinir sisteminə də mənfi təsir göstərdiyini bildirirlər.

Bundan başqa, fast food məhsulları – hamburger, patates qızartması və sosisli kimi sürətli hazırlanmış qidalar da sağlamlığa ciddi ziyan vurur. Yüksək miqdarda yağ və duz tərkibli olan bu məhsullar arterial təzyiqin yüksəlməsi, damar tutulması və piylənmə kimi fəsadlara səbəb ola bilər.

Qazlı içkilər də mütəxəssislərin “mütləq uzaq durulmalı” dediyi qidalar sırasındadır. Bu içkilər həm mədə turşuluğunu artırır, həm də diş minasına zərər verir. Tərkibindəki süni şəkər və asitlər də dəri və mədə-bağırsaq sisteminə mənfi təsir göstərir.

Həmçinin, işlənmiş ət məhsulları – sucuk, sosis, salam kimi qidalar da sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu məhsullarda yüksək miqdarda doymuş yağlar və duz olur. Həkimlər xəbərdarlıq edir ki, bu cür ət məhsullarının həddən artıq qəbulu ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri riskini artırır.

Mütəxəssislər tövsiyə edir ki, vətəndaşlar bu cür zərərli məhsullardan mümkün qədər uzaq durmalı, təbii və evdə hazırlanmış qidalara üstünlük verməlidirlər.

Nuriyyə Musayeva

 


SON XƏBƏRLƏR