• Bakı 10° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Selin dağıtdığı körpü bərpa olunur - FOTO

CƏMİYYƏT

29 Aprel 2025 | 12:48

Selin dağıtdığı körpü bərpa olunur - FOTO

Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Belə ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarət körpünün dayaqları sel suları nəticəsində yuyulmuşdu.

Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.

Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.


SON XƏBƏRLƏR