Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsində çalışan 40-a yaxın şəxs işdən çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə bir qrup Masallı sakini İTV-yə müraciət edib.
Onlar heç bir xəbərdarlıq olunmadan, kompensasiya verilmədən işdən azad olunduqlarını bildiriblər.
Şikayətçi Telman Abbasovun sözlərinə görə, heç olmasa, bir ay əvvəldən xəbərdarlıq olunsaydı, başqa iş axtarardılar: “4 aydır işsizəm. Hara gedirəm, deyirlər ki, sənin 62 yaşın var, nəticədə işə götürmürlər. Hər həftənin 4-5-ci günləri Məşğulluq İdarəsində oluram, mənə bildirirlər ki, sizə aid iş yoxdur. 7 nəfər ailəyik…”
Digər şikayətçilər də işdən çıxarılmalarına dair heç bir hüquqi əsas göstərilmədiyini deyirlər.
Problemlə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsindən bildirilib ki, sözügedən şəxslər onların deyil, DOST İş Mərkəzinin əməkdaşlarıdır.
DOST İş Mərkəzindən isə həmin şəxslərin müraciətlərinin araşdırıldığı və onlara müqavilələrinin bitməsinə ən geci 1 həftə qalmış əmək və məşğulluq alt sistemi üzərindən bildiriş göndərildiyi qeyd olunub.
Daha ətraflı süjetdə: