• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Kamp Nou"nun görüntüləri yayımlanıb

İDMAN

20 Avqust 2024 | 14:56 | Müəllif: Əli Hüseynov

"Kamp Nou"nun görüntüləri yayımlanıb

İspaniyanın "Barselona" klubu yenilənmiş "Kamp Nou" stadionunun görüntülərini yayıb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir ildən çox davam edən yenidənqurma prosesindən sonra komanda dekabrda doğma arenaya qayıtmağa hazırlaşır.

Yenidənqurma işləri təxminən 1,5 milyard avroya başa gəlib. Stadionun tutumu 99 354-dən 106 000 nəfərə qədər artırılacaq. Arenanın bütün tribunaları qoruyan açılıb-bağlanan damı da olacaq.

Qeyd edək ki, Kataloniya təmsilçisi yenidənqurma işləri ilə əlaqədar ev oyunlarını Barselonadakı Olimpiya stadionunda keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR