• Bakı 34° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Kamran Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

SİYASƏT

04 Avqust 2025 | 11:03

Kamran Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Avqustun 8-də Baş prokuror Qəbələdə vətəndaşları qəbul edəcək

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 8-də, saat 10:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Oğuz, İsmayıllı və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qəbələ rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


SON XƏBƏRLƏR

03 Avqust 2025