• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Karantinə görə cəzalandırılan polkovnik İŞDƏN ÇIXARILDI

GÜNDƏM

20 Iyun 2022 | 16:23 | Müəllif: Subhan Mahmudov

Karantinə görə cəzalandırılan polkovnik İŞDƏN ÇIXARILDI

Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı işdən çıxıb. 

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili polis polkovniki Mübariz Quliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.

Qeyd edək ki, M. Quliyev bundan əvvəl Cəlilabad rayon Polis Şöbəsinin rəisi vəzifəsində olub. O, rayonda karantin qaydalarının pozulmasına göstərilən biganəliyə görə vəzifəsindən çıxarılaraq DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026