• Bakı 24° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Kasıb ailənin varlı oğlu - Nurlan Pirizadə

CƏMİYYƏT

19 Oktyabr 2021 | 11:20

Kasıb ailənin varlı oğlu - Nurlan Pirizadə

2021-2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Qubadlı rayon ümumi təhsil müəssisəsinin məzunu Pirizadə Nurlan Müşfiq oğlu bu təqaüdə layiq görülüb.

Nurlan Pirizadə H.Quliyev adına Çaytumas məktəb-liseyin məzunudur. O, imtahanlarda 681 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Kompüter mühəndisliyi ixtisasına qəbul olunub.

Nurlan Pirizadə özü haqqında Bakıvaxtı.az-a danışıb:

“Mən Nurlan Müşviq oğlu Pirizadə Sumqayıt şəhərində anadan olmuşam. Əslən Qubadlıdanam. Ailədə 5 nəfərik - mən, 2 bacım, atam və anam . Anam riyaziyyat müəlliməsidir, atam isə işləmir. O, Birinci Qarabağ müharibəsi veteranıdır, ikinci qrup əlildir. Böyük bacım Azərbaycan Dillər Universitetində magistratura pilləsində təhsil alır. Digər bacım Azərbaycan Tibb Universitetinin 5ci kurs tələbəsidir”.

Nurlan Pirizadə qeyd edib ki, uşaqlıdan mühəndis olmağı arzulayıb:

“Mən uşaqlıdan mühəndis olmaq istəmişəm. Abituriyent olduqdan sonra isə ən böyük xəyalım BANM tələbəsi olmaq idi. Qəbul imtahanın birinci mərhələsindən 281.3, ikinci mərhələsində isə 400 bal topladım. Bu mövzuda ailəm seçimlərimə qarışmayıb. Seçim turunda öz istəyimlə BANM-da Kompüter mühəndisliyi ixtisasını ilk sırada yazdım”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR