• Bakı 19° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

AFFA-dan şəhid olan hərbçimizlə bağlı MƏLUMAT

CƏMİYYƏT

17 Noyabr 2021 | 22:14 | Müəllif: Subhan Mahmudov

AFFA-dan şəhid olan hərbçimizlə bağlı MƏLUMAT

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

Bakıvaxtı.az AFFA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib.

"Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin", - AFFA-dan bildirilib.

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026