Xəbər veridiyimiz kimi, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Nara şəhərində çıxışı zamanı silahlı hücuma məruz qalıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Yaponiya mediasında Ş.Abenin güllələnməsi və ona hücum edən şəxsin saxlanılması anını əks etdirən görüntülər yayılıb.
Keçmiş Baş naziri 41 yaşlı Tetsuya Yamaqami güllələyib. Hadisənin səbəbləri barədə məlumat verilmir.
Polis bölməsinə aparılan Yamaqami hazırda dindirilir.
Ramid İbrahimov
















