Filippinin keçmiş prezidenti Ferdinand Markosun oğlu Ferdinand Bonqbonq Romualdes Markos 2022 -ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Facebook -da video paylaşım edib.
Xatırladaq ki, kiçik Ferdinand Markosun atası Ferdinand Markos 1965-1986 -cı illərdə dövlətə rəhbərlik etmişdi. 1972 -ci ildə fövqəladə vəziyyət elan edən Markos ölkənin konstitusiyasını ləğv edərək Filippin diktatoru oldu. Daha sonra, 1986 -cı ildə hərbi çevriliş nəticəsində Havayya mühacirət etdi və elə orada1989 -cu ildə öldü.
Bir müddət əvvəl Filippinin yeni prezidenti Rodriqo Duterte yeni müddətə namizədliyini irəli sürə bilməyərək siyasətdən getmək qərarını açıqladı.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















