• Bakı 33° C

    1.92 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Kimlər namizədin vəkili ola bilər? - AÇIQLAMA

SİYASƏT

25 Iyul 2024 | 12:37

Kimlər namizədin vəkili ola bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Seçkilərdə iştirak edən namizədlərin müxtəlif imtiyazları mövcuddur. Bu imtiyazlardan biri də namizdən vəkilinin seçilməsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Seçki Məcəlləsində maddə öz əksini tapıb.

Maddədə deyilir:

"Qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxs təyin etmək hüququ vardır".

Ortaya çıxan digər bir sual var - kimlər namizəd vəkili ola bilər?

Bakıvaxtı.az bu suala cavab tapmaq üçün Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərova müraciət edib.

Bəxşeyiş Əsgərov: İstənilən şəxs namizəd vəkili ola bilər

Hüquqşünas açıqlamasında bildirib ki, bu barədə heç bir məhdudiyyət tətbiq olunmur:

"Azərbaycan Respublikasının heç bir qanunverici aktında bu məsələ ilə bağlı məhdudiyyət tətbiq edilmir. İstənilən şəxs parlament seçkilərində namizədliyini irəli sürmüş şəxsin vəkili ola bilər. Lakin, mütləqdir ki, namizəd vəkili fəaliyyət qabiliyyətli  şəxs olsun. Yerdə qalan şəxs namizəddən asılıdır. Onlar inandıqları istənilən Azərbaycan vətəndaşını öz vəkili kimi təyin edə bilərlər",- B.Əsgərov bildirib.

Müsahibimiz bu məsələnin hansı qanunvericiliklə tənzimləndiyi məsələsinə də aydınlıq gətirib:

"Azərbaycan Respublikasının Seçki Məcəlləsi bu məsələni tənzimləyən maddə var. Məcəllənin 72-ci maddəsində vəkil edilmiş şəxslərlə bağlı müddəalar öz əksini tapıb".

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

12 Iyul 2025