Kiyevdə partlayış səsləri eşidilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna teleqram kanalları məlumat yayıb.
Bununla yanaşı, hava hücumu xəbərdarlığı elan edilib. Bildirilir ki, Kiyev vilayəti üzərində Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) görünüb.
***
Odessada da partlayış səsləri eşidilir.
Hələlik rəsmi məlumat yoxdur.
















