"Ukrayna PUA-larının Kremlə hücumu araşdırılır".
Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki. bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib..
Peskov bu işin arxasında Kiyevin olduğuna inandıqlarını vurğulayıb: "Kiyevin Kremlə hücumunun arxasında isə Vaşinqton dayanır. ABŞ-ın bu məsələdən boyun qaçırmaq cəhdləri gülüncdür”.
Bu hadisədən sonra Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatının” məqsəd və vəzifələrinin dəyişmədiyini vurğulayan Peskov cavab tədbirləri üçün müxtəlif variantların nəzərdən keçirildiyini qeyd edib.
"Hazırda Kremldə vəziyyət normaldır, hər kəs öz işi ilə məşğuldur. Kremlin təhlükəsizliyi daha da gücləndiriləcək”, - deyə Dmitri Peskov bildirib.
















