• Bakı 28° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Kobaxidze Aİ rəsmisi tərəfindən təhdid edildiyini bildirib

DÜNYA

23 May 2024 | 17:30

Kobaxidze Aİ rəsmisi tərəfindən təhdid edildiyini bildirib

“Avropa Komissiyasının üzvlərindən biri mənə zəng etmişdi. Həmin telefon söhbətində o, Slovakiyanın Baş naziri Robert Fitsonun sui-qəsd faktını missal gətirərək, ehtiyatlı olmağı belə məsləhət gördü”.

Bakıvaxtı.az-ın “ghn.ge”yə istinadən xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.

    O bildirib ki, ölkəsində qəbul olunan “xarici təsir” qanununa görə verilən bu mesajı şəxsən özünə təhdid kimi qiymətləndirir.

    İ. Kobaxidze vurğulayıb ki, son vaxtlar ölkə daxilində cəmiyyət əcnəbi siyasətçilərin açıq-aşkar təhdidlərə əl atdığının şahidi olur:

    “Bu məlumatı xalqla bölüşmək mənim borcumdur. Robert Fitsonun güllələnməsindən sonra bizə qarşı yönələn təhdid dünyanın son dərəcə təhlükəli tendensiyalarla qarşılaşdığının bariz nümunəsidir. Əminəm ki, həmin qüvvələrin Gürcüstanla bağlı planı bu dəfə də iflasa uğrayacaq. Ölkəmiz mövcud sabitliyi qoruyub saxlaya biləcək və inkişafa doğru addımlamaqda davam edəcək”, - o deyib.APA


    SON XƏBƏRLƏR

    15 Iyun 2024