• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Konqoda leysan 30 nəfərin ölümünə səbəb olub

DÜNYA

06 Aprel 2025 | 20:24 | Müəllif: Subhan Mahmudov

Konqoda leysan 30 nəfərin ölümünə səbəb olub

Konqo Demokratik Respublikasının (DRC) paytaxtı Kinşasada son iki gündə daşqına və torpaq sürüşməsinə səbəb olan güclü yağışların təsiri səbəbindən azı 30 nəfər ölüb.

Bakıvaxtı.az  “Agence France-Presse”yə istinadən xəbər verir ki, bu barədə Kinşasa əyalətinin Səhiyyə Departamentinin rəhbəri Patrisian Qonqo Abakazi bildirib.

"30 ölüm qeydə alınıb", - o deyib. "Yaralananların və zərərçəkənlərin sayı xeylidir", - Patrisian Qonqo Abakazi deyib.

Qeyd edək ki, daha əvvəl 10 nəfərin öldüyü bildirilirdi. Aprelin 5-nə keçən gecə Kinşasaya yağan leysan Cili çayında suyun artmasına, bir sıra paytaxt məhəllələrini su basmasına səbəb olub. Bəzi ərazilərdə torpaq sürüşmələri binaların dağılmasına səbəb olub. Şəhərin infrastrukturuna ciddi ziyan dəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026